AXCP-Müsavat blokunun mitinqi təxirə salınıb
15 Oktyabr 2010 Cümə 19:15
AXCP-Müsavat bloku meriyanın təklif etdiyi yerlərdə mitinq keçirməyi məqbul saymayıb.
AXCP-Müsavat bloku rəhbərliyinin bu gün keçirdiyi görüşdə blokun oktyabrın 17-ə təyin etdiyi mitinqi təxirə salınması haqqında qərar qəbul edilib. Bu barədə ANS PRESS-ə Müsavat Partiyasından məlumat verilib. Aksiyanın təxirə salınmasına Bakı Şəhər İcra Hakimiyyətinin blokun təklif etdiyi meydanlarda mitinq keçilməsinə icazə verməməsi səbəb olub. İcra hakimiyyətinin cavabında mitinq keçirilməsi üçün seçkiqabağı tədbirlərin keçirilməsi üçün müəyyən olunmuş açıq və qapalı yerlər təklif edilib.

Blok isə meriyanın təklif etdiyi yerlərdə mitinq keçirməyi məqbul saymayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar