Avropa İttifaqının ali nümayəndəsi bu gün Azərbaycana gəlir
16 İyul 2010 Cümə 10:45
Ketrin Eşton Bakıya Gürcüstandan gələcək.
Avropa İttifaqının xarici münasibətlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton bu gün Bakıya səfər edəcək. O, Azərbaycana Gürcüstandan gələcək.

Gürcüstanda prezident Mixail Saakaşvili ilə görüşdən sonra keçirilən brifinqdə açıqlama verən Eşton Qafqazın sürətlə inkişaf etdiyini və bu səbəbdən Aİ-nin bu bölgəylə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu söyləyib.

Onun sözlərinə görə, Gürcüstanda aparılan müzakirələr Azərbaycan və Ermənistanda da aparılacaq.

Qeyd edək ki, hər üç ölkə paytaxtında aparılacaq danışıqlar prosesi ümumi dəyər və prinsiplərə, o cümlədən demokratiya, qanunun aliliyi və insan haqlarına hörmətlə yanaşma prinsiplərinə əsaslanacaq.

“Ermənistan, Azərbaycan və Gürcüstan bir daha Avropa İttifaqı ilə münasibətlərini yaxınlaşdırmaq niyyətində olduqlarını dəqiq nümayiş etdirdi”, - deyə Ketrin Eşton bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar