ATƏT sədri Azərbaycana gələcək
06 Yanvar 2010 Çərşənbə 17:25
ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri, dövlət katibi Kanat Saudabayev Cənubi Qafqaza səfər etməyi planlaşdırır.
APA-nın Qazaxıstanın ATƏT-ə sədrliyi ilə bağlı rəsmi sayta istinadən verdiyi məlumata görə, K. Saudabayevin 2010-cu ildə Cənubi Qafqazla yanaşı, Balkanlara, Şərqi Avropaya və Mərkəzi Asiyaya da səfərləri nəzərdə tutulur. Lakin səfərlərin dəqiqi tarixi hələlik məlum deyil.

Bundan başqa, Qazaxıstanın sədrliyi müddətində effektiv koordinasiyanı təmin etmək məqsədilə ATƏT sədrinin uzanmış konfliktlər və böhranların nizamlanması, ekologiya, nəqliyyat, dözümsüzlük və diskriminasiya, seçkiləri müşahidə və seçki problemləri üzrə şəxsi nümayəndələrinin təyin olunması barədə qərar qəbul edilib.

Qazaxıstan mətbuatının yazdığına görə, ATƏT sədrinin uzanmış konfliktlər və böhranların nizamlanması üzrə şəxsi nümayəndəsi vəzifəsinə təcrübəli diplomat Bulat Nurqaliyev təyin olunacaq.

O, 2010-cu il yanvarın 1-dək Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi postunu tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar