Siyasət

Atəşkəsin pozulması hallarının artması ATƏT-in nümayəndəsini narahat edir

Anjey Kaspşik bundan daha çox dinc əhalinin əziyyət çəkdiyini bildirib

· Xəbərçi
Atəşkəsin pozulması hallarının artması ATƏT-in nümayəndəsini narahat edir

«Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması hallarının artması məni ciddi narahat edir». Ermənistanın «Arminfo» agentliyinin yaydığı xəbərə görə, bunu dünən Qazaxın Məzəm kəndi istiqamətində Azərbaycan və Ermənistan qoşunların təmas xəttində keçirilən monitorinqdən sonra ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik söyləyib. Onun sözlərinə görə, atəşkəs rejiminin pozulmasından daha çox dinc əhali əziyyət çəkir. Atəşkəs rejiminin pozulması hallarının müxtəlif səbəblərdən arta biləcəyini deyən Kaspşik bununla bağlı sualı konkret cavablandırmaqdan imtina edib./ANS TV/

Şərhlər