AŞPA-da Azərbaycanda keçirilən seçki ilə bağlı hesabat təqdim olunub
24 Yanvar 2011 Bazar Ertəsi 17:10
Hesabatı AŞPA-nın müşahidə missiyasının üzvü Tadeuş İvinski təqdim edib.
Bu gün AŞPA-nın qış sessiyasında Azərbaycanda keçirilmiş parlament seçkisi ilə bağlı hesabat təqdim olunub. ANS-in Strasburqa ezam olunmuş xüsusi müxbrinin verdiyi məlumata görə, hesabatı AŞPA-nın Azərbaycanda parlament seçkisində müşahidə missiyasının üzvü Tadeuş İvinski təqdim edib.

ANS-in xüsusi müxbirinin verdiyi xəbərə görə, Tadeuş İvinski çıxışı zamanı bildirib ki, bu, olduqca tarazlaşdırılmış hesabatdır. Qurum nümayəndəsinin sözlərinə görə, onlar seçki zamanı irəliləyişin olduğunu müşahidə ediblər. AŞPA müşahidəçilərinin fikrincə, seçki uğurlu keçib. Lakin AŞPA hesab edir ki, Azərbaycan bu istiqamətdə daha çox səy göstərməlidir ki, seçki sahəsində konsensus əldə olunsun.

Tadeuş İvinski əminliklə bildirib ki, AŞPA bundan sonra da ümumilikdə bu sahədə Azərbaycanla əməkdaşlıq əlaqələrini davam etdirəcək və ölkəmizdə demokratiya sisteminin möhkəmləndirməyə yardım etməyə hazıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar