AŞPA Azərbaycana müşahidəçi missiyası göndərəcək
21 İyun 2010 Bazar Ertəsi 14:20
Azərbaycan üzrə yeni həmməruzəçi AŞPA-nın payız sessiyasında təyin olunacaq.
Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) sessiyasının ilk günü AŞPA Bürosunun iclası keçirilib. APA-nın məlumatına görə, Azərbaycan üzrə həmməruzəçi Andres Herkel iclasda ölkəmizdə qarşıdan gələn parlament seçkisi ilə bağlı müzakirələrin aparıldığını deyib.

O bildirib ki, AŞPA həmişə olduğu kimi, bu il də seçkiləri izləmək üçün Azərbaycana 30 nəfərdən ibarət uzunmüddətli və qısamüddətli müşahidəçi missiyası göndərəcək. Hələlik missiyaya kimin rəhbərlik edəcəyi məlum deyil. Andres Herkelin həmməruzəçi kimi vaxtının bitməsinə gəldikdə, bu məsələ AŞPA-nın payız sessiyasında müzakirə ediləcək: “Yeni həməruzəçinin bu sessiya ərzində təyin olunmasına inanmıram. Çünki dördüncü gün mənim ölkəniz üzrə hesabatım dinlənəcək, büronun növbəti iclası isə həmin gün səhər olacaq. Ona görə də fikrimcə, bu məsələ növbəti sessiyada müzakirə ediləcək”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar