AMİP-in X Qurultayı başlayıb
10 İyul 2010 Şənbə 12:00
Bakıda Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) X Qurultayı öz işinə başlayıb.
APA-nın məlumatına görə, partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Arzuxan Əlizadə bildirib ki, 64 rayon təşkilatından 237 nümayəndə seçilib və onların 201 nəfəri qurultaya qatılıb. A. Əlizadə qurultayın səlahiyyətli olduğunu bəyan edib.

Qurultayda AMİP-in ötən dövr ərzində fəaliyyəti ilə bağlı baş katib Fuad Muxtarovun məruzəsi, partiya lideri Etibar Məmmədovun çıxışı, yeni sədrin və Mərkəzi Şura üzvlərinin seçilməsi nəzərdə tutulub. Qurultayda partiyanın bu il keçiriləcək parlament seçkilərində iştirakı haqda müzakirələrin aparılacağı və müvafiq qərar qəbul ediləcəyi gözlənilir. Qurultay günün sonunadək davam edəcək.

Qeyd edək ki, 2007-ci ildən sədrsiz fəaliyyət göstərən AMİP sədrliyinə əsas iddialılar arasında partiyanın hazırkı baş katibi Fuad Muxtarov, Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov və bir müddət əvvəl partiyaya üzv olmuş Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Yusif Bağırzadənin adı çəkilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar