Amerikalı həmsədr Robert Bradtke Bakıya gəlib
20 Aprel 2010 Çərşənbə Axşamı 16:20
Robert Bradtke: "Son iki ay ərzində biz bir məqamı itirmişik, onu geri qaytarmaq lazımdır”.
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Robert Bradtke bu gün günorta saatlarında Bakıya gəlib. Heydər Əliyev Beynəlxalq Hava limanında jurnalistlərə açıqlama verən diplomat Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcəyini deyib: “Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi biz Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prosesin həlledici mərhələsindəyik. Amma son iki ay ərzində biz bir məqamı itirmişik, onu geri qaytarmaq lazımdır”.

Diplomat onu da bildirib ki, prezident İlham Əliyevlə görüşündə ABŞ-ın Azərbaycanla möhkəm əlaqələr qurmaqda, həm ikitərəfli, həm də Qarabağ probleminin həlli ilə bağlı əməkdaşlıqda maraqlı olduğunu açıqlayacaq: “ABŞ Qarabağ probleminin həlli prosesində tərəqqi əldə olunmasını istəyir. Bizdən nə asılıdırsa, sülh prosesində onu edəcəyik”.

R. Bradtke başqa detallar barədə görüşlərdən sonra açıqlama verəcəyini deyib.

Qeyd edək ki, Robert Bradtke rusiyalı köhnə və yeni həmsədrlər Yuri Merzlyakov və İqor Popovla birgə Azərbaycan rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesini müzakirə edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar