Siyasət

ABŞ Azerbaycana teşekkür etdi

Bu barədə məlumatı Pentaqonun mətbuat katibi Corc Littl verib.

· Xəbərçi
ABŞ Azerbaycana teşekkür etdi
ABŞ-ın müdafiə naziri Çak Xeyqel Əfqanıstanda səylərinə dəstək verdiyi üçün Azərbaycanın müdafiə naziri Səfər Əbiyevə təşəkkürünü bildirib. Bu barədə Trend Pentaqonun rəsmi saytına istinadən məlumat verir.

Pentaqonun mətbuat katibi Corc Littl deyib ki, Pentaqonun rəhbəri Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri ilə yanaşı Azərbaycan qüvvələrinin davamlı yerləşdirilməsi üçün müdafiə nazirinə təşəkkürünü bildirib.

Mətbuat katibinin sözlərinə görə, Xeyqel Əfqanıstanda yerüstü, hava və dəniz tranziti üzrə maddi-texniki təminatında Azərbaycanın qiymətli rolu olduğu üçün Əbiyevə təşəkkürünü bildirib:

"İki qurumun liderləri Şimali Atlantika Müqaviləsi Təşkilatı müqaviləsinin qarşılıqlı təsirin, terrorizmlə mübarizə, müdafiə və dəniz təhlükəsizliyinin transformasiyası məsələləri üzrə birgə işin davam edilməsi üçün razılığa gəliblər”.

C.Littl bildirib ki, müdafiə qurumlarının liderləri həmçinin regiondakı vəziyyəti müzakirə ediblər. Onun sözlərinə görə, Pentaqon rəhbəri regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsində Azərbaycan rolunu etiraf edir və strateji əməkdaşlığın davamına ümid edir.

Şərhlər