Siyasət

Abdulla Gül İlham Əliyevi təbrik edib

Türkiyə prezidenti Abdulla Gül azərbaycanlı həmkarı İlham Əliyev ilə telefonla danışıb

· Xəbərçi
Abdulla Gül İlham Əliyevi təbrik edib
Bu gün Türkiyə prezidenti Abdulla Gül Azərbaycan dövlət başçısı İlham Əliyevə telefonla zəng edib. A.Gül prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, dövlət başçıları əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirib.

Azərbaycan və Türkiyə prezidentləri ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son proseslər ətrafında da fikir mübadiləsi aparıb. ANSPRESS

Şərhlər