Oktyabrın 9-dək Azərbaycan Respublikasında 125 seçki dairəsi üzrə 501 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumata görə, namizədliyi qeydə alınan şəxslər 21-i siyasi partiyaları təmsil edir.
Ümumiyyətlə isə, dairə seçki komissiyalarında 1438 nəfərin namizədliyi təsdiq edilib. Onlardan 1412-si imza vərəqi götürüb. 1110 nəfər imza vərəqlərini və zəruri olan digər sənədləri dairə seçki komissiyalarına təhvil verib. ANSPRESS
501 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Namizədliyi qeydə alınan şəxslər 21-i siyasi partiyaları təmsil edir.




Şərhlər