1399 nəfərin namizədliyi təsdiq edilib
05 Oktyabr 2010 Çərşənbə Axşamı 17:35
Onlardan 1355 nəfər imza vərəqi götürüb.
Noyabrın 7-də keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən 1399 nəfərin namizədliyi təsdiq edilib. Bu barədə ANS PRESS-ə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, onlardan 1355 nəfər imza vərəqi götürüb.
634 nəfər imza vərəqələrini və digər zəruri sənədləri DSK-lara təhvil verib. 359 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınanlar arasında 21 siyasi partiyanın təmsilçiləri var.
944 nəfər isə ölkə üzrə seçkiləri müşahidə etmək üçün MSK-ya müraciət edib. Dairə Seçki Komissiyalırının hüdudlarında müşahidə etmək üçün isə 2700 nəfər qeydiyyatdan keçib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: