Ölkə

Zabit Adil Quliyev vefat edib

Zabit Adil Quliyev Qarabağ müharibesinin iştirakçısı olub.

· Xəbərçi
Zabit Adil Quliyev vefat edib
Bu gün səhər saatlarında Daxili Qoşunların zabiti vəfat edib. Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, Daxili Qoşunların hospitalında mədə-bağırsaq həkimi işləyən, 1964-cü il təvəllüdlü kapitan Adil Şahmar oğlu Quliyev xəstəlikdən vəfat edib. Adil Quliyev şəkər və qan təzyiqi xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Adil Quliyev Qarabağ müharibəsinin iştirakçısı olub. Müharibədə hərbi həkim kimi onun bir çox şücaətləri yadda qalıb.
Allah rəhmət eləsin!

Şərhlər