Wikipedia erize qebuluna başlayıb
10 Sentyabr 2013 Çərşənbə Axşamı 04:33
İnternetde Azerbaycanla bağlı melumatların artırılması ve “Vikipedia”da yerleşdirilmesi üzre tedbirlerin icrası davam edir.
“İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində internetdə Azərbaycanla bağlı məlumatların artırılması, dolğun, ətraflı kontentlərin hazırlanması və “Vikipedia”da yerləşdirilməsi üzrə tədbirlərin icrası davam edir. Bu məqsədlə “Vikipedia” könüllülük hərəkatının yayılması, təlimlərin keçirilməsi yolu ilə həvəskar vikipediaçıların səriştəsinin artırılması üçün ərizə qəbuluna başlanılıb.

İlkin mərhələdə Bakı şəhərində ölkənin 4 regionundan (Qərb, Şimal, Cənub, Mərkəz) gənclərin iştirakı ilə “Təlimçilərin təlimi” keçiriləcək. İkinci mərhələdə isə hazırlanmış təlimçilər paytaxtda və ölkənin 4 regionunda həvəskar vikipediaçılar üçün təlimlər keçəcəklər. Qərb bölgəsi üzrə təlim Gəncədə, Şimal bölgəsi üzrə Xaçmazda, Cənub bölgəsi üzrə Lənkəranda, Mərkəz bölgəsi üzrə isə Şirvan şəhərində keçiriləcək.

Bölgələrdən olan iştirakçıların layihə rayonlarında iştirakına şərait yaradılacaq. “VikiHərəkat”da “Vikipedia”da məlumatların yerləşdirilməsi ilə məşğul olan hər kəs iştirak edə bilər. Müraciətlər Azərbaycanın bütün şəhər və rayonlarından qəbul edilir. İştirakçıların bütün xərcləri qarşılanır. Müraciət formasını doldurmaq üçün ƏRİZƏ FORMASINI doldurmaq lazımdır.

Qeyd edək ki, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə icra olunur. İlin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və “Vikipedia” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipedia” könüllülük hərəkatının yayılmasından ibarətdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar