Teleqüllenin tarixi
14 Sentyabr 2013 Şənbə 02:59
1980-ci ildə tikintisi başlayan qüllə müəyyən səbəblərə görə, 1996-cı ildə təhvil verilib.
Azərbaycanda fəaliyyət göstərən bütün televiziya kanallarının yayımı Teleqüllədən həyata keçirilir. Televiziya və radio kanallarının yayımını bizlərə dayanmadan ötürən bu qüllənin isə balaca bir tarixçəsi var. Hələ sovetlər dönəmində SSRİ Nazirlər Kabinetinin qərarı ilə Rabitə Nazirliyi tərəfindən 1980-ci ildə qüllənin tikintisinə başlanılır. Baxmayaraq ki, tikinti işləri 1985-ci ildə, yəni 5 il ərzində başa çatdırılmali idi, müəyyən səbəblərə görə qüllənin tikintisi ləngiyir. Yalnız 1993-cü ildə layihənin tikintisinə yenidən başlanılır və üç il sonra 1996-cı ildə tam hazır vəziyyətə çatdırılaraq təhvil verilir. Elə teleqüllənin rəsmi açılışı və istisamara verilməsi də həmin ilə təsadüf edir.
40 tonluq çəki təşkil edən teleqüllənin bünövrəsi 30 m dərinlikdə yerləşir. Üzərində olan 4 ədəd milli ornamentli şəbəkələrin hər biri bir qütbə istiqamətlənir.
Gözəlliyi ilə göz oxşayan qüllənin daxilində isə hər gün gərgin iş gedir. Çəkilişimizə ilk olaraq Teleqüllənin dispetçer otağından başladıq. Burada Bakı şəhərində fəaliyyət göstərən bütün televiziya, radioteleviziya və xarici kanalların rəqəmli olaraq yayımlanmasının nəzarəti həyata keçirilir. Qüllənin müsbət 1o səviyyəsi adlanan hündürlüyündə isə peyk antenaları yerləşdirilib. Buradan 100-dən çox kanal ötürülür. Teleqüllədə yuxarı müsbət 180 metr, təxminən 28-ci mərtəbə yüksəkliklik səviyyəsinə çıxdığında gözəl mənzərə ilə yanaşı tanımadığımız qurğularla təciz olunan avandanlıqlarla qarşılaşdıq. Bizə bildirdilər ki, ANS TV ilə yanaşı digər televiziya kanal və radio fm-lərin yayımını, məhz bu qurğular həyata keçirir.
Bununla yanaşi qüllədən paytaxta gözəl görüntünün olması həmçinin digər ölkələrin təcrübəsi nəzərə alinaraq bizim Teleqüllədə də bir neçə il əvvəl restoran istifadəyə verilib.
DOSTLARINLA PAYLAŞ: