Ölkə

Tanınmış herekatçı Miralim Behramov vefat etdi

Miralim Behramov bu gün yaşadığı Celilabad şeherinde dünyasını deyişib.

· Xəbərçi
Tanınmış herekatçı Miralim Behramov vefat etdi
Tanınmış hərəkatçı Miralim Behramov bu gün yaşadığı Cəlilabad şəhərində vəfat edib. Bu barədə musavat.com-a onun yaxın dostları xəbər verib.

Bildirilir ki, Miralim Behramovun vəfat etməsinə səbəb onun ürək çatışmazlığı - infarkt olub.

Qeyd edək ki, 1988-90-cı illərdə Miralim Bəhramov xalq hərəkatının ən fəal üzvlərindən biri olub, AXC-nin Cəlilabad rayon təşkilatına rəhbərlik edib.

M. Bəhramov son vaxtlar da fəal siyasi fəaliyyətlə məşğul idi. O, tanınmış vəkil Qurban Məmmədovla birlikdə Vətəndaş Hərəkatı Forumunun təsisçilərindən, eləcə də bu qurumun sədr müavinlərindən biri olub.

Allah rəhmət eləsin.

Şərhlər