Ölkə

Siyavuş Novruzov Fəvvarələr meydanında baş verənlərdən danışdı

Siyavuş Novruzov : Bu aksiyaya cəhd edənlər və onun təşkilatçıları bəzi müxalifət partiyaları rəhbərlərinin yaxın ətrafıdır.

· Xəbərçi
Siyavuş Novruzov Fəvvarələr meydanında baş verənlərdən danışdı
"Bu aksiyaya cəhd edənlər və onun təşkilatçıları bəzi müxalifət partiyaları rəhbərlərinin yaxın ətrafıdır”. Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. S. Novruzov həmin siyasi partiyaları ölkədə sabitliyi pozmaq üçün xaricdən himayə olunmaqda da ittiham edib: “ Bu siyasi qurumlar zaman-zaman xarici himayədarlarının təlimatına uyğun olaraq, Azərbaycanda ictimai asayişin pozulmasına cəhd edirlər. Bugünkü aksiya cəhdi də bunlardan biridir”.

YAP rəsmisi bu aksiyanı həm də “insanların faciəsindən istifadə” adlandırıb: “Çox təəssüf edirəm ki, bəzi insanların qarşılaşdıqları faciə üzərindən öz siyasi və şəxsi məqsədlərini həyata keçirmək istəyən qüvvələr var”.

S. Novruzov deyib ki, aksiya razılaşdırılmadığı üçün qarşısı alınıb: “Bundan sonra da qanunun tələblərini pozan cəhdlərin qarşısı alınmalıdır”.

Şərhlər