Şirvan şeherinin qaz techizatı yaxşılaşdırılır
29 Avqust 2013 Cümə Axşamı 10:48
Şirvan şeherinde qaz kemerleri yenilerile evez olunub.
“Azəriqaz” İstehsalat Birliyi (AİB)“Аzərbаycаn Rеspublikаsı rеgiоnlаrının 2009-2013-cü illərdə sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmı”nın icrası ilə bağlı tədbirləri davam etdirir. ANS PRESS AİB-ə istinadən xəbər verir ki, Şirvan şəhərində əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, eləcə də qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində bir sıra mühüm işlər görülür.
2013-cü ilin birinci yarısında “Köhnə şəhər”, “Bağ evləri” və “Kənd evləri” yaşayış massivlərində, Çılpaqlı və Bayramlı qəsəbələrində 23 551 metr müxtəlif diametrli qaz kəmərləri çəkilib, 46 ədəd yeni siyirtmə quraşdırılıb.
Bayramlı qəsəbəsinin qaz təchizatı şəbəkəsinin yenidən qurulması işləri başa çatdırılıb. “Bağ evləri” massivinin Naxçıvan və M.Aydınov küçələrində 1984 metr yeni boru xətti çəkilib, 1756 metr qaz kəməri əsaslı təmir edilib, 517 mexaniki qaz sayğacı yeniləri ilə əvəz olunub.
Bu müddət ərzində 405 vətəndaş abonent qeydiyyatına alınıb, mənzilləri qazlaşdırılıb və sayğac quraşdırılıb. İstehlakçıların qaz təminatının yaxşılaşdırılması məqsədi ilə 6 qaztənzimləyici və 12 siyirtmə quraşdırılıb.
DOSTLARINLA PAYLAŞ: