Siruz Tebrizli hansı sebebden ölüb?
07 Sentyabr 2013 Şənbə 19:24
Qubanın tibb eksperti Çingiz İsgenddrov: Siruz Tebrizli keskin qan-damar çatışmazlığı sebebinden vefat edib.
Azərbaycan xalq hərakatının fəal nümayəndələrindən olan tanınmış içtimai-siyasi xadim Sirus Təbrizli bu gün səhər Xaçmazın Nabran ərazisindəki bağ evində qəfldən dünyasını dəyişib.
ANS PRESS-in Şimal bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, mərhumun meyiti tibbi müayinədən keçmək üçün Səhiyyə nazirliyinin məhkəmə tibb ekspertizisı və Patoloji Anatomiya birliyinin Quba rayon şöbəsinə gətirilib.
Bununla bağlı ANS PRESS-ə açıqlama verən Qubanın tibb eksperti Çingiz İsgəndərov, S.Təbrizlinin ölümünə səbəb olan faktorları göstərib.
Çingiz İsgəndərovun sözlərinə görə, mərhum Sirus Təbrizlinin nəşi məhkəmə tibbi müayinəsindən keçirilib: "Məhkəmə tibbi müayinəsi zamanı onun bədənində hər hansı bir xəsarət və zorakılıq aşkar edilməyib. Daxili müayinə zamanı onun ürək-qan-damar sistemində kəskin qan-damar çatışmamazlığı aşkar edilib. İlkin səbəb olaraq göstərmək olar ki, ölümə səbəb də kəskin qan-damar çatışmazlığı olub".
Sirus Təbrizlinin qızı Sevinc Təbrizli, atasının ölümü ilə bağlı ANS PRESS-ə açıqlamasında, atası rəhmətə gedən zaman yanında olmadıqlarını bildirib: "Bircə onu deyə bilərəm ki, anamız da bizim yanımızda olub. Bizlər Sirus Təbrizlinin nə qədər dövlətinə və vətəninə bir sadiq insan olmasını dəyərləndirə bilmədik. Bircə ona heyfslənirəm, başqa heç nə deyə bilmirəm. Bundan artıq danışmaq istəmirəm".
Qeyd edək ki, tibbi müayinədən sonra S.Təbrizlinin cənazəsi ailə üzvülərinin və yaxın dostlarının iştirakı ilə Bakıya aparıldı. Onun Göy məsciddə yuyulacağı bildirilir
DOSTLARINLA PAYLAŞ: