Səhiyyə Nazirliyinin Qaynar xətt (9103) xidmətinə 2013-cü il mart-aprel aylarında 845 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, daxil olmuş müraciətlərin 601-i (82-si əsaslı, 396-sı isə əsassız, 123-ü cari problemlərlə bağlı) şikayət, 26-sı - aidiyyəti üzrə olmayan, 218-i sorğu xarakterli olub.
Məlumatda bildirilir ki, qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Nazirlikdən verilən məlumata görə, bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.
Sehiyye Nazirliyinin Qaynar xett (9103) xidmetine 641 şikayet gelib
Sehiyye Nazirliyinin Qaynar xett (9103) xidmetine daxil olmuş bütün müracietler mütexessisler terefinden araşdırılır.




Şərhlər