Şehidler Xiyabanında izdiham
30 Avqust 2013 Cümə 14:51
Qubadlılar Qubadlını anıblar.
Bu gün səhər saatlarında Qubadlının işğal günü ilə bağlı olaraq rayon sakinləri Şəhidlər Xiyabanına toplaşıblar. ANS PRESS-in məlumatına görə, Qubadlı rayon icra başçısı, rayon mədəniyyət evinin, səhiyyə, təhsil işçiləri, eləcə də qubadlılar mərasimdə iştirak ediblər. Rayonun deputatı, icra nümayəndələri, iş adamları Qubadlı rayon sakinlərilə söhbətlər aparıb. Torpaqlarımız uğrunda canlarını vermiş şəhidlərin məzarı ziyarət olunub.

Qeyd edək ki, Qubadlının əsası 14 mart 1933-cü ildə qoyulub. Rayon ərazisinə 1 şəhər, 93 kənd, 31 inzibati ərazi dairəsi aiddir. Qubadlı şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd, Cəbrayıl, qərbdən Ermənistanla həmsərhaddir. Qubadlı 1993-cü il avqust ayının 31-də erməni qəsbkarları tərəfindən işğal olunub. Rayonda mövcud 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” türbəsi və bir sıra tarixi əhəmiyyətli mədəniyyət nümunələri düşmən əlində məhv edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar