Saxta reklam halları aşkarlanıb
28 Sentyabr 2013 Şənbə 13:12
Mağazada satışda olan malların hamısına endirim tətbiq edilmədiyi müəyyən edilib.
Bakıda saxta reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları aşkarlanıb. ANS PRESS-in İqtisadi İnkişaf Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan, ev 34/9, 1-ci giriş,1-ci mərtəbə ünvanında fəaliyyət göstərən fiziki şəxs Acalova Aysel Akif qızına məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.

Aparılan monitorinqlər zamanı mağazanın giriş və yan hissəsində satışda olan mallara 50% endirim təqbiq edilməsi barədə “ENDİRİM 50%” və “50%” reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların hamısına endirim tətbiq edilmədiyi müəyyən edilib. Qiymət kağızlarında endirimin tətbiqi barədə heç bir məlumatın (endirimli qiymətin) qeyd olunmadığı aşkarlanıb.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb və fiziki şəxs Aysel Acalova barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar