Sabiq nazir Fərhad Əliyev əfv ərizəsi yazıb
05 Sentyabr 2013 Cümə Axşamı 16:57
Sabiq nazir Fərhad Əliyev əfv ərizəsi yazıb. Bu barədə məlumatı açıqlamasında vəkil Elton Quliyev bildirib.
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev prezident İlham Əliyevə əfvlə bağlı müraciət edib.
Bu barədə məlumatı AzNews.az-a açıqlamasında vəkil Elton Quliyev bildirib.

Vəkil keçmiş nazir və qardaşı ilə birlikdə anası Şövkət Əliyevanın da dövlət başçısına əfvlə bağlı müraciət etdiyini vurğulayıb: “Mən vəkil olaraq bütün müdafiə etdiyim şəxslərin bir an əvvəl azadlığa çıxmasını istəyirəm”.

Xatırladaq ki, ötən ay Fərhad Əliyev bəyanat yayaraq oktyabrda keçiriləcək prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəyini qeyd etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar