Rolan Kobia Azerbaycandan xahiş etdi
15 Avqust 2013 Cümə Axşamı 15:11
İKT sektorunda tecrübemiz öyrenilecek.
Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia ilə görüşüb.

Görüş çərçivəsində ölkədə dördillik missiyasını başa çatdıran R. Kobia qeyd edib ki, o, Azərbaycanda fəaliyyəti müddətində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda genişmiqyaslı işlər görüldüyü və müsbət nəticələr əldə edildiyinin şahidi olub.

R. Kobia, Avropa İttifaqı məkanına qonşu olan ölkələr arasında Azərbaycanın İKT-nin inkişafı üzrə regionda ən qabaqcıl ölkələrdən biri olduğunu, Aİ-nin bu inkişafı diqqətlə izlədiyini və gələcək planların həyata keçirilməsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə mütəxəssis dəstəyi göstərməsinə belə hazır olduğunu bildirib.

R. Kobia son on il ərzində ölkəmizin İKT sahəsində həyata keçirdiyi uğurlu transformasiya siyasətindən “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində digər ölkələrin də bəhrələnməsi üçün Azərbaycanın öz təcrübəsini Avropa İttifaqı ilə bölüşməsini xahiş edib.

Nazir Ə. Abbasov öz növbəsində Avropa İttifaqının təsisatları ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sıx əməkdaşlıq etdiyini, daim fikir və təcrübə mübadiləsinin aparıldığını qeyd edib.

Nazir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq ölkədə elmə əsaslanan iqtisadiyyatın formalaşdırılması, gələcək 10 il ərzində İKT gəlirlərinin neft və qaz sahəsində əldə edilən gəlirlərin səviyyəsinə çatdırılması kimi perspektiv planları olduğunu açıqlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar