Rezin Ördek Bakıya gele bilmedi
03 Sentyabr 2013 Çərşənbə Axşamı 15:54
Rezin Ördek Bakıya gele bilmedi. Buna sebeb qeyri-sabit hava şeraitinin olmasıdır.
“Rezin Ördək” Bakıya gəlməyəcək. ANS PRESS-in YARAT Müasir İncəsənət Mərkəzinin Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, məşhur ördəyin Bakı səfərinin təxirə salınmasına səbəb qeyri-sabit hava şəraiti olub:

"Təəssüflə nəzərinizə çatdırmaq istəyirik ki, qeyri-münasib hava şəraitinə görə 2013-cü ilin 5 sentyabr tarixində Bakı Bulvarında gözlənilən Hollandiya incəsənət xadimi Florentiyn Hofman tərəfindən ərsəyə gətirilən “Rezin Ördək” əsərinin təqdimat mərasimi təxirə salınır.
Əfsuslar olsun ki, küləkli hava və dalğalı dəniz bizi “Rezin Ördəyin” suya buraxılmasından çəkindirdi. Bununla əlaqədər olaraq 4 sentyabr 2013 ildə Beynəlxalq Muğam Mərkəzində keçirilməsi planlaşdırılan, Florentin Hofmanın "Həyatdan da üstün" adlı mühazirəsi də təxirə salınır. Lütfən, təşkilatımızın veb-səhifəsində və Facebook hesabında tədbirlə bağlı daima yenilənən məlumatları izləyin!"



DOSTLARINLA PAYLAŞ:

oyunlar