Rafiq Eliyev siyasetden gedir
14 Avqust 2013 Çərşənbə 05:20
Akademik Rafiq Eliyev Azerbaycandakı siyasi proseslerde iştirak etmek istemir.
Akademik Rafiq Əliyev Azərbaycandakı siyasi proseslərdə iştirak etmək istəmir.

O, bunu virtualaz.org saytına açıqlamasında deyib.

R.Əliyev bildirib ki, onun prezidentliyə namizədliyini irəli sürmək istəyən hər kəsə minnətdarlıq edir, amma o, yalnız elmlə məşğul olmaq istəyir: “Mən hazırda ölkə xaricindəyəm. Bütün siyasi proseslərdən çoxdan uzaqlaşmışam. Bu proseslərdə iştirak etmək istəmirəm”.

Xatırladaq ki, akademik Rafiq Əliyevin adı Milli Şuranın prezidentliyə mümkün vahid ehtiyat namizədi siyahısında çəkilirdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar