Quba rayonunda alma yığımına başlanıldı
04 Sentyabr 2013 Çərşənbə 07:46
Quba rayonunda alma yığımına başlanıldı. Bu il bağlarda bol məhsul yetişib.
Quba rayonunun alma bağlarına göstərilən yüksək aqrotexniki qulluq nəticəsində bu ildə bol məhsul yetişdirilib.

AzərTAc xəbər verir ki, meyvəçiliyin inkişafı üçün böyük potensiala malik olan Quba rayonunda 15 min hektara yaxın meyvə bağı vardır ki, bunun da əksəriyyətini alma bağları təşkil edir.

Hazırda rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsul yığımına başlamışlar. Məhsulun vaxtında və itkisiz toplanması üçün bütün qüvvələr səfərbər olunub.

Tədarük olunan məhsul çeşidlənərək yerli və xarici bazarlara göndərilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar