Prezidentliye namized Fuad Eliyev zeherlendi
17 Avqust 2013 Şənbə 16:11
Fuad Eliyevin sehheti ilkin tibbi yardım gösterildikden sonra yaxşılaşıb.
Prezidentliyə namizədliyini irəli sürən və MSK-da qeydə alınan ALDP sədri Fuad Əliyev zəhərlənib. "Avrasiya.net"in verdiyi məlumata görə, iki gün öncə F.Əliyev partiyanın rəhbərliyi ilə şimal bölgəsi üzrə regional nümayəndəliyində keçirdiyi görüşdən Bakya qayıdarkən yolüstü restoranların birində nahar edib. Axşamüstü isə partiya sədrinin birdən-birə səhhətində problem yaşanıb. Verilən məlumata görə, evdə ilkin tibbi yardımından sonra F. Əliyevin səhhəti normallaşıb.

Fuad Əliyevin Seçki Qərargahının rəhbəri Vahi Nəzərov partiya sədrinin zəhərlənməsi xəbərini təsdiqləyib: “Görüşdən qayıdarkən yolüsü bir qədər nahar etdik. Axşamçağı sədrin evindən mənə bu xəbəi çatdırdılar. O, zəhərlənmişdi. Bir yerdə yüngülvari nahar etdik, 4-5 nəfər olardıq. Fuad bəyin anası həkim olduğundan daha tibbi yardım çağırmağa ehtiyac olmayıb. Müəyyən dərmanların və ilkin tibbi yardımın köməkliyi ilə onun vəziyyəti normallaşdı”.

V.Nəzərov isə xəbəri nə təsdiq, nə təkzib edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar