Prezident İlham Əliyevin qəbulunda zəlzələ anı
09 Sentyabr 2013 Bazar Ertəsi 19:06
Dövlət başçısı hadisəyə soyuqqanlı və təmkinli yanaşıb.
Bakıda keçirilən iclasda iştirak edən MDB ölkələrinin Sərhəd Qoşunlarının komandanları prezident İlham Əliyevin qəbulunda olublar. Görüş gedərkən səhər saatlarında Bakıda baş verən zəlzələ hiss edilib. Dövlət başçısının hadisəyə soyuqqanlı və təmkinli yanaşması diqqət çəkən məqam olub.

Qeyd edək ki, bu gün Bakıda MDB ölkələri Sərhəd Qoşunları komandanları şurasının 70-ci iclası keçirilir. İclasın gündəliyinə 7 məsələ daxil edilib. Bu məsələlər arasında 2014-cü ildə MDB ölkələrinin xarici sərhədlərinin, o cümlədən mərkəzi Asiya regionu və Xəzər hövzəsində xarici sərhədlərin təhlükəsizliyinin təmin olunması da var.



DOSTLARINLA PAYLAŞ:

oyunlar