Ölkə

Prezident başsağlığı verdi

Dövlət başçısı pakistanlı həmkarına başsağlığı məktubu göndərib.

· Xəbərçi
Prezident başsağlığı verdi
Prezident İlham Əliyev Bəlucistan vilayətində baş verən faciə ilə bağlı pakistanlı həmkarına başsağlığı məktubu göndərib. ANS PRESS-in AzərTac-a istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

"Bəlucistan vilayətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Şərhlər