Paytaxtda iki yerdə yeni işıqforlar quraşdırılıb
24 Avqust 2013 Şənbə 00:13
İşıqforları quraşdırmaqda məqsəd sürücülərin işiqfordakı siqnalı görməməməsi problemini aradan qaldırmaqdan ibarətdir.
Sürücülərin normal hərəkəti üçün hər cür şərait yaradilir. Yol polisi küçələrdə, yol kənarında park edən avtomobilləri kənarlaşdırır. Həmçinin yol nişan və nizamlayıcıların sayı artırılır.

Artıq paytaxtın bir neçə yerində yeni işıqforlar quraşdırılıb. Bu işıqforları quraşdırmaqda məqsəd sürücülərin işiqfordakı siqnalı görməməməsi problemini aradan qaldırmaqdan ibarətdir. Bu işıqforların digərlərindən fərqi ondan ibarətdir ki, işıqforun özü ilə paralel dirəklərində də müvafiq işıqların yanmasıdır. İşıqforların digərlərindən başqa bir fərqi ondan ibarətdir ki, onların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və nəticə olaraq da sürücülər işıqforda hansı siqnalın olduğunu asanlıqla müəyyən edə bilər. Başqa bir üstünlüyü isə elektrik enerjisinə qənaət etməsidir. Yüngül konstruksiyaya malik olan bu işıqforlar aluminiumdan hazırlanıb. Hündürlüyü və ölsülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini cəlb edir və bununla da hərəkətin təhlükəsizliyini təmin etməkdə köməklik göstərir. Bundan əlavə, iritutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə, digər avtomobillərin nizamlayıcını görməsini məhdudlaşdırmır. İşıqforun üst dirəyində quraşdırılmış işıqların köməyilə axşam saatlarında piyadaların yolu rahat görmələri üçün də şərait yaradır.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildirdilər ki, yeni işıqforlar paytaxtın iki yerində sınaq üçün quraşdırılıb. Artıq müddət başa çatıb. Yoxlama müddətində isə onların işində heç bir nasazlıq qeydə alınmayıb. Bu işıqforlar ilkin olaraq Bakı şəhərini, sonra Abşeron yarımadasını, daha sonra isə bütün respublika ərazisini əhatə edəcək. Yeniliklər tədricən 2015-ci ilədək mərhələlər üzrə tətbiq ediləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar