Pakistan vətəndaşı Azərbaycanın dövlət qurumlarını məhkəməyə verib
30 Aprel 2013 Çərşənbə Axşamı 12:03
Syed Azhar Abbas Şah Bakı İstintaq Təcridxanasını və Dövlət Miqrasiya Xidmət ilə bağlı məhkəməyə müraciət edib.
Pakistan İslam Respublikasının vətəndaşı Syed Azhar Abbas Şah Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə verib.
APA-nın məlumatına görə, Syed Azhar Abbas Şah həbs etmənin qanunsuz hesab edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə isə işin hansı məhkəməyə aid olmasının təyin olunması üçün materialları Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi isə işi aidiyyatı üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərib.
DOSTLARINLA PAYLAŞ: