Özel iş yerlerinde maaşlar qalxacaq
31 Avqust 2013 Şənbə 18:35
İlham Aliyev minimum aylıq emekhaqqının artırılması haqqında serencam imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. AzərTAc-ın xəbərinə görə, sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edildiyi qeyd olunub. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bununla da “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 dekabr tarixli 1866 nömrəli Sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilir.

Qeyd edək ki, ölkədə heç bir özəl iş yerinin işçini minimum əmək haqqından aşağı maaşla işlətməyə icazəsi yoxdur. Buna görə də bir sıra yerlərdə, xüsusilə də regionlardakı özəl iş yerlərində maaşların qalxacağı gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar