Naxçıvanda stadion istifadeye verildi
13 Avqust 2013 Çərşənbə Axşamı 21:48
Naxçıvanda stadion istifadeye verildi. Açılışda Naxçıvan Ali Meclisinin sedri Vasif Talıbov, yerli gencler ve idman naziri Azad Cabbarov iştirak edib.
Bu gün Naxçıvanda əsaslı təmirdən sonra İ.Axundlu adına Muxtar Respublika stadionunun açılışı olub. Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, açılışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, yerli gənclər və idman naziri Azad Cabbarov, muxtar respublika idman federasiyalarının rəsmiləri və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Naxçıvanın mərkəzi futbol arenası iyun ayında təmirə bağlanmışdı. Yenidənqurma və əsaslı təmirdən sonra stadiondakı oturacaq tutumu artırılıb. Artıq oyun zamanı 12800 tamaşaçı matçları seyr edə biləcək. Həmçinin soyunub-geyinmə otaqları, məşq zalları da təmir olunub.

Qeyd edək ki, bu ildən birinci diviziona qoşulacaq “Araz” ev oyunlarını məhz bu stadionda keçirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar