Milli Şuranın aksiyası başladı
18 Avqust 2013 Bazar 17:39
Milli Şuranın aksiyası keçirilen erazi polis terefinden nezarete götürülüb.
Milli Şuranın 20-ci sahəyə, sürücülük məktəbinin həyətinə təyin etdiyi aksiya başlayıb. “Qafqazinfo”nun məlumatına görə, aksiya keçirilən ərazi polis tərəfindən nəzarətə götürülüb. Mitinq keçirilən meydana daxil olan şəxslər polis tərəfindən ciddi yoxlanılır. Aksiyanı Milli Şuranın üzvü İbrahim İbrahimli aparır.

Aksiyaya şəhid ailələri də qatılıb. Qrup halında meydana şüar səsləndirərək daxil olan şəhid ailələrinə polis müdaxilə edib və tərəflər arasında qarşıdurma yaranıb. Onların polis bölməsinə aparıldığı bildirilir.Əsgər valideynlərindən bir neçəsinin ürəyi gedib.

***

“Qafqazinfo”nun aksiyada olan əməkdaşlarının verdiyi məlumata görə, KXCP sədri Mirmahmud Mirəlioğlu aksiya iştirakçıları arasındadır.

“Siyasi məhbuslara azadlıq!”, “Azad və ədalətli seçkilər!” şüarlarını rəhbər tutan mitinq iştirakçıları artıq meydana toplaşıb.

Bakı şəhər baş polis idarəsinin rəis müavini Səhlab Bağırov da mitinqdədir. O, aksiyanı izləyir. Artiq bəzi iştirakçıların plakatı alinıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar