Mil-Muğan kollektorunun üstündeki körpü çökdü
11 Avqust 2013 Bazar 23:56
Astaraya geden yolda uzun tıxac yaranıb.
Bakı- Astara yolunun 171-ci kilometrliyində, Mil-Muğan kollektorunun üstündəki körpünün bir hissəsi çöküb. AzNews.az-ın xəbərinə görə, körpünün uçması nəticəsində Astaraya gedən yolda uzun tıxac yaranıb. Maşınlar ancaq bir-bir ərazidən keçə bilirlər. Bu da uzun növbələrə, sürücülərin mənzil başına gecikməsinə gətirib çıxarır.

Qeyd edək ki, 4 günlük bayram tətilindən sonra Bakıya qayıdanların çoxluğu da yolda vəziyyətin daha da gərginləşməsinə səbəb olub.




DOSTLARINLA PAYLAŞ:

oyunlar