Məhkumlar işğal olunmuş ərazilərimizi azad etmək istəyirlər
26 Avqust 2013 Bazar Ertəsi 18:40
“Vətənpərvərlər” dərnəyinin fəaliyyət göstərməsini təqdirə layiqdir.
5 saylı cəzaçəkmə müəssisəsində “Vətənpərvərlər” dərnəyi növbəti tədbirini keçirib. ANS PRESS Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə istinadən xəbər verri ki, tədbirdə Qarabağ müharibəsi veteranları - keçmiş hərbi hissə komandiri Gəray Əsədov, Əkbər Mirzəzadə, Camal Cambalışov, 5 saylı cəzaçəkmə müəssisəsinin şəxsi heyəti və məhkumlar iştirak ediblər.

Cəzaçəkənlər qarşısında çıxış etmiş müharibə veteranları Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının fədakarlığı və şücaətindən bəhs etmiş, cəzaçəkmə müəssisəsində “Vətənpərvərlər” dərnəyinin fəaliyyət göstərməsini təqdirə layiq hesab ediblər.

Çıxış edən məhkumlar “Vətənpərvərlər” dərnəyinin cəza çəkənlər arasında Vətənə, xalqa sonsuz məhəbbətin aşılanması, gənc məhkumların vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını qeyd ediblər.

Məhkumlar isə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab Əliyevin əmri ilə işğal olunmuş ərazilərimizin düşmən tapdağından azad edilməsində iştiraka hər zaman hazır olduqlarını bildiriblər.





DOSTLARINLA PAYLAŞ:

oyunlar