Ölkə

Kirpi eti istehsal eden ferma açılacaq

Sahibkar bu fikre ovçuların qonaq etdiyi kirpi etinin dadına baxandan sonra gelib.

· Xəbərçi
Kirpi eti istehsal eden ferma açılacaq
Qazaxıstanın Akmola vilayətində yaşayan sahibkar Sergey Bukuşev kirpi yetişdirmək məqsədi ilə ferma yaradır. ANS PRESS “Ekspress-K”ya istinadən bildirir ki, Bukuşev bu fikrə ovçuların qonaq etdiyi kirpi ətinin dadına baxandan sonra gəlib. O həm də yaşlı adamların müharibə illərində aclıqdan kirpi ətinin hesabına xilas olmaları barədə dediklərini xatırlayıb.

O, cins kirpilər yetişdirmək istəyir və damazlıq kirpiləri Rusiyadan almaq fikrindədir. Əldə etdiyi əti isə Avropaya satmaq niyyətindədir.

Şərhlər