Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov avqust ayının 16-da saat 11:00-da Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu, Qobustan və Abşeron rayonlarının sakinləri ilə görüşəcək. Bu barədə ANS PRESS-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Şamaxı rayonuna gəlmələrinin təşkili Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.
Kend teserrüfatı naziri Şamaxıda şikayetçilerle görüşecek
Kend teserrüfatı naziri ile görüşmek isteyenler evvelceden qeydiyyatdan keçmelidirler.




Şərhlər