İmran Ceferzadenin ayağında sınmış sümükler bitişir
19 Sentyabr 2013 Cümə Axşamı 19:39
İmran Ceferzadenin ayağında sınmış sümükler bitişir. Proses bitənə qədər İmran Şarite klinikasında müalicəsini davam etdirəcək.
Nabranda istirahət mərkəzlərindən birində ağır yaralanaraq bir ayağını itirən və Almaniyanın Şarite klinikasında müalicəsini davam etdirən 2 yaşlı İmran Cəfərzadənin üzərində növbəti cərrahiyyə əməliyyatı keçirilib. Əməliyyatdan sonra keçirilən konsiliumda həkimlər İmranın ayaqlarındakı sınmış sümüklərin bitişməsində irəliləyiş oludğunu qeyd ediblər. Azərbaycanın Almaniyadakı səfirinin müşaviri Rizvan Nəbiyev ANS-ə uşağın səhhəti və son əməliyyat haqda ətraflı məlumat verib.
Həkimlər indi İmranın ayağındakı sınmış sümüklərin tam bitişməsini gözləyir. Növğəti addımlar haqda da bundan sonra qərar veriləcək. Ən azı sınıqlar sağalana qədər İmran Şarite klinikasında müalicəsini davam etdirəcək.
DOSTLARINLA PAYLAŞ: