İlham Əliyev Sabirabad rayonuna səfər edib
29 Avqust 2013 Cümə Axşamı 18:23
Prezident İlham Əliyev Heydər Əliyevin Sabirabad şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Sabirabad rayonuna səfər edib. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoyub. ANS PRESS-in məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verib.
Tamamilə yenidən qurulan meydanın ərazisi 8,5 min kvadratmetrdir. Burada dörd fəvvarə quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Meydanın ərazisində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı üçün inzibati bina inşa edilib.
Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Evinin və digər dövlət idarələrinin binalarının fasadları yenidən qurulub. Burada geniş yaşıllaşdırma işləri görülüb, müxtəlif gül kolları və həmişəyaşıl ağaclar əkilib, oturacaqlar qoyulub.
DOSTLARINLA PAYLAŞ: