İlham Əliyev Balakən rayonuna gedib
17 Avqust 2013 Şənbə 12:04
Prezident İlham Əliyev Balakən rayonuna gedib. Prezident səfərdə Heydər Əliyevin abidəsini ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən rayonuna səfərə gəlib. ANS PRESS-in AzərTac-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolağı salınıb.
Ümumi sahəsi 22 hektar olan bu park indi Balakən sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından biridir.
DOSTLARINLA PAYLAŞ: