Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıya səfərini başa çatdıraraq Qəbələ rayonuna gəlib. ANS PRESS-in verdiyi xəbərə görə, dövlət başçısı Qəbələ şəhərindəki Heydər Əliyev parkında Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev məlumat verib ki, Heydər Əliyev parkı son illər sakinlərin ən çox üz tutduqları məkanlardan biridir. Burada yerli əhalinin, eləcə də qonaqların mənalı istirahətini təşkil etmək üçün hər cür şərait yaradılıb.
İlham Aliyev Qebele rayonuna getdi
Dövlet başçısı Qebele şeherindeki Heyder Aliyev parkında olub.




Şərhlər