İlham Aliyev Celilabadda açılış etdi
04 Sentyabr 2013 Çərşənbə 21:05
Celilabad Merkezi Xestexanası ve Qarazencir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışı olub.
Cəlilabad Mərkəzi Xəstəxanasının aşılışı olub. Açılışda rayonda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Dövlət başçısı tibb ocağının lentini kəsib.
Səhiyyə naziri Oqtay Şirəliyev xəstəxanada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, xəstəxana ərazisində əsas binadan əlavə yoluxucu xəstəliklər üçün ikimərtəbəli infeksion şöbə tikilib. Xəstəxananın ümumi ərazisi 5 hektar, tikintialtı sahəsi isə 7381 kvadratmetrdir. Üç mərtəbədən ibarət binada ən müasir tibbi avadanlıq quraşdırılıb. Xəstəxanada laboratoriya, poliklinika şöbələri, rentgen, USM, əməliyyat otaqları, reanimasiya-anesteziologiya şöbəsi, mama-ginekoloji, uşaq xəstəlikləri şöbələri və inzibati otaqlar var. Burada nevrologiya və cərrahiyyə şöbələri də fəaliyyət göstərəcək. Tibb ocağının 50 nəfərlik iclas zalı da var. Xəstəxana müasir tələblərə cavab verən tibb avadanlığı ilə təmin olunub. Bir sözlə, burada yaradılan şərait yalnız cəlilabadlılara deyil, eyni zamanda, ətraf rayonların sakinlərinə də yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan verəcək.
Daha sonra, prezident İlham Əliyev Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak edib. Dövlətimizin başçısı yolun tikinti işlərinin gedişini, eləcə də texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il sentyabrın 28-də imzaladığı Sərəncamla Prezidentin Ehtiyat Fondundan Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun inşasına ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. Yolun tikintisinə 2012-ci ilin oktyabrında başlanılıb. Ümumi uzunluğu 34 kilometr olan yolun eni 8 metrdir. Dördüncü texniki dərəcəyə aid olan yolun inşası zamanı kommunikasiya məsələlərinə də xüsusi diqqət yetirilmiş, 33 su ötürücüsü tikilib.
Qeyd edilib ki, mövcud yol bir neçə yerdə sürüşmə zonasına düşdüyü üçün hündürlüyü 2-3 metrlik yamaclar kəsilib, sürüşmə zonasından 10 metr kənarlaşdırılıb. Yol 25 yaşayış məntəqəsini birləşdirir. Bu yolun istifadəyə verilməsi 50 mindən çox əhaliyə müasir səviyyəli nəqliyyat infrastrukturundan yararlanmağa imkan verəcək. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
DOSTLARINLA PAYLAŞ: