İdmançı Kamil Zeynalov polisə əl qaldırdı?
01 Avqust 2014 Cümə 11:47
Kamil Zeynalov “Hummer”i sürücülük vəsiqəsi olmadan sürdüyü üçün yol polisi tərəfindən saxlanılıb.
"Tanınmış məşqçi Kamil Zeynalovun yol polisi tərəfindən saxlanılması barədə deyilənlər yalandır". Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov ANS PRESS-ə açıqlamasında bildirib.

Bəzi kütləvi informasiya vasitələrində Kamil Zeynalov yol polisini vurması barədə məlumat yayılıb. Guya o, Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına salınıb.

E.Zahidov yayılna məlumatların heç bir əsası olmadığını deyib. "Əslində Kamil Zeynalov “Hummer” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün Bakı şəhərə yol polisi tərəfindən saxlanılıb. Yol polisi hadisə yerində protokol tərtib edib. Qanuna uyğun olaraq avtomobil duracağa aparılıb. Lakin Kamil Zeynalov nə polis tərəfindən saxlanılıb, nə də Bakı şəhər Baş Polis İdarəsinə aparılıb”, - deyə Ehsan Zahidov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, Kamil Zeynalov ilə yol polisi arasında heç bir insident olmayıb. "Deyildiyi kimi Kamil Zeynalov heç bir polisə əl qaldırmayıb və müqavimət göstərməyib.
“Əslində belə hallar hər gün baş verir. Kimsə qanunsuz olaraq avtomobil idarə etdiyi üçün saxlanılır və maşın cərimə meydançasına aparılır. Yaxud yol qaydası pozduğu üçün cərimə olunur. Bəzən isə xəbərlər kimlərinsə təxəyyülünün məhsulu olaraq şişirdilir”.

Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynalov mügənni Gülay Zeynalovanın həyat yoldaşıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar