Heydər Əliyev ödənişli əsaslarla təhsil alacaq
19 Avqust 2013 Bazar Ertəsi 11:18
Heydər Əliyevin topladığı bal və qəbul olduğu ali məktəb bəlli oldu.
Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin qəbul imtahanında topladığı bal və daxil olduğu ali məktəbin adı bəlli olub.

"Aznews"un araşdırmasına görə, bu il ikinci qrup üzrə qəbul imtahanında iştirak edən Heydər Əliyev 590 bal yığmağa müvəffəq olub.

Məlumata görə, prezidentin oğlu bu balla Azərbaycan Diplomatiya Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub. Heydər Əliyev bu akademiyada ödənişli əsaslarla təhsil alacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar