Herbi hazırlıq derslerinin monitorinqi aparılacaq
01 Oktyabr 2013 Çərşənbə Axşamı 15:38
Nazirik “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin səmərəli tədrisi ilə bağlı görüləcək tədbirləri açıqlayıb.
Təhsil Nazirliyi 2013-2014-cü dərs ilində “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin səmərəli tədrisinin təmin olunmasına yönəlmiş tədbirləri də açıqlayıb. Bu barədə ANS PRESS-ə Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Təhsil Nazirliyi 2013-2014-cü dərs ilində “Gənclərin çağırışa qədərki hazırlığı” fənninin səmərəli tədrisinin təmin olunmasına yönəlmiş bir sıra tədbirlər görəcək. Bura hərbi hissələrlə əməkdaşlığı gücləndirmək, hərbi xidmət həyatı ilə şagirdlərin tanış olmalarına hərtərəfli şərait yaratmaq, “Gənclərin çağırışa qədərki hazırlığı” fənnini tədris edən müəllimlərin ixtisasartırma kurslarına, öyrədici təlimlərə cəlb olunmasını təşkil etmək, bütün tam orta məktəblərdə, bir qayda olaraq, hərbi idman oyunları üzrə komandaların təşkilini və yarışlarda iştirakını təmin etmək, fənnin tədris bazasının getdikcə gücləndirilməsinə nail olmaq, məktəblərdə fənnin tədrisi vəziyyətinin monitorinqini aparıb əməli təkliflər hazırlamaq və s. həmin tədbirlər sırasına daxildir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar