Hacı Allahşükür Paşazade Ağstafaya gedib
09 Sentyabr 2013 Bazar Ertəsi 16:50
Hacı Allahşükür Paşazade Ağsaqqallar Şurasının sedri Fetullah Heyderov ve rayon ziyalıları ile görüşüb.
Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazade bölgələrə səfər edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda H.A.Paşazadə Ağstafa rayonunda səfərdədir. Bütün Qafqazın Şeyxi rayondakı Heydər Əliyev parkında olub. Orada Heydər Əliyevin büstü önünə əklil qoyub, ruhuna dualar oxuyub.
Bundan sonra H.A.Paşazadə rayondakı “Yazıçılar evi”ndə olub. Orada Ağsaqqallar Şurasının sədri Fətullah Heydərov və rayon ziyalıları ilə görüşüb. Ağstafa rayonundan sonra H.A.Paşazadənin Qazax rayonuna səfər edəcəyi nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar