Gence - Naxçıvan aviareysi berpa olunub
09 Avqust 2013 Cümə 11:33
AZAL evveller de Gence - Naxçıvan aviareysi üzre uçuşları yerine yetirse de, sonradan aviareys leğv olunmuşdu.
Bu gündən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlara başlayıb.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, Bakı-Gəncə-Naxçıvan və əks istiqamətə uçuşlar hər həftənin V günləri yerinə yetirilir. Bakıdan Gəncəyə bir istiqamətə aviabiletin qiyməti 30 manat, Gəncə-Naxçıvan istiqaməti üzrə isə 39 manat təşkil edir. Uçuşlar AZAL-ın yeni aldığı "Embraer" tipli təyyarələr ilə yerinə yetirilir.

Bakı-Gəncə aviareysi saat 09:55-də, Gəncə-Naxçıvan aviareysi 11:25-də, əks istiqamətə isə müvafiq olaraq 12:55-də və 14:25-də həyata keçiriləcək. Bakıdan Gəncəyə uçuş 50 dəqiqə, Gəncədən Naxçıvana isə 40 dəqiqə təşkil edir.

Qeyd edək ki, AZAL əvvəllər də Gəncə-Naxçıvan aviareysi üzrə uçuşları yerinə yetirsə də, sonradan aviareys ləğv olunmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar