“Gangam style” və “Davay, do svidaniya” Heydər Əliyev Sarayında (FOTO)
03 Dekabr 2012 Bazar Ertəsi 12:27
Xəyyam Nisanovun solo konserti uğurla baş tutdu
Müğənni Xəyyam Nisanovun gözlənilən solo konserti uğurla baş tutdu. ANS PRESS-in məlumatına görə, şənbə günü Heydər Əliyev Sarayında “Solo” adlı solo-konsert proqramı ilə çıxış edən müğənni repertuarında yer alan hit və yeni mahnılarını ifa edərək tamaşaçıları təəccübləndirməyi bacarıb.

Xəyyam “Gangam style” mahnısını, ardınca “Davay, do svidaniya” qafiyəsilə məşhur olan meyxana ifaçıları İntiqam və Ehtiram Rüstəmov qardaşları ilə duet oxuyub və nağara ifaçıları ilə birlikdə nağara çalaraq öz məharətini nümayiş etdirib. Bundan başqa, müğənni əməkdar artistin Tünzalə Ağayeva ilə səsləndirdiyi duet mahnı da tamaşaçılar tərəfindən müsbət qarşılanıb.

Maraqlı səhnə dekorasiyası qurulan konsertdə ukraynalı rəqqaslarla birlikdə çıxış edən müğənni rəngarəng rəqs nümunələrilə diqqət çəkib.

Rejissoru Ülviyyə Könül, prodüseri Murad Arif olan “Solo” adlı konsertdə X.Nisanov haqqında qısa video-çarx da nümayiş olunub. Video-çarxda Vaqif Gərayzadə, Faiq Ağayev, Murad Arif, Ülviyyə Könül və başqaları səbəbkarla bağlı ürək sözlərini bildiriblər.






Foto:AzNews.az


DOSTLARINLA PAYLAŞ:

oyunlar